Oğuzda iki gün əvvəl yol qəzasında xəsarət alan qadın ölüb
Hadisə
880
08 Sep 2025 | 23:10

Oğuzda iki gün əvvəl yol qəzasında xəsarət alan qadın ölüb

Sentyabrın 6-da Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan daha bir şəxs ölüb.

Moderator.az xəbər verir ki, 1992-ci il təvəllüdlü Aygün Quliyeva xəstəxanada vəfat edib.

Qeyd edək ki, qəza Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Kərimli kəndi ərazisində qeydə alınıb. Qadın sürücünün idarə etdiyi "Nissan" markalı avtomobil idarəetməni itirərək ağaca çırpılıb.

Hadisə nəticəsində 1994-cü il təvəllüdlü Arifə Səlimova da aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Link kopyalandı!
Son xəbərlər