Bakıda sürücü diqqətsizliyi işıqforun yararsız vəziyyətə düşməsinə səbəb olub
Hadisə
433
19:40, Bu gün

Bakıda sürücü diqqətsizliyi işıqforun yararsız vəziyyətə düşməsinə səbəb olub

Bakıda sürücü diqqətsizliyi işıqforun yararsız vəziyyətə düşməsinə səbəb olub.

Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Belə ki, bu gün günorta saatlarında paytaxtın Binəqədi rayonu, Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Qəza səbəbindən 1 ədəd işıqfor obyekti yararsız vəziyyətə düşüb.

Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yararsız vəziyyətə düşmüş işıqforun yenisi ilə əvəz edilməsi işləri görülür.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər