Bizi sosial şəbəkələrdən izləyin:
Şəmkir rayonunda təcili tibbi yardım maşınının qəzaya uğraması nəticəsində xəsarət alanların vəziyyətləri açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Moderator.az-a verilən məlumatda bildirilir ki, 07.09.2025-ci il tarixində saat 01:00-da yol-nəqliyyat hadisəsi səbəbi ilə 3 nəfər (2-si kişi, 1-i qadın cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Xəsarət alanların birinə zəruri tibbi xidmətlər göstərilib və onlar ambulator müalicə üçün evə buraxılıblar".