Zaqatalada 40 yaşlı kişi körpüdən çaya düşdü - VİDEO
Hadisə
254
07 Sep 2025 | 23:08

Zaqatalada 40 yaşlı kişi körpüdən çaya düşdü - VİDEO

Zaqatalada 40 yaşlı kişi körpüdən çaya yıxılıb. 

Hadisə axşam saatlarında Zaqatala şəhəri ərazisində yerləşən "Asma Körpüdə" baş verib. 

Balakən rayonu Katex kənd sakini, 40 yaşlı Elçin Sədrəddin oğlu İsayev Tala çayının üzərindəki körpüdən çay yatağına yıxılıb. 


Müxtəlif dərəcəli bədən xəsarətləri alan E. İsayev FHN-nin xilasediciləri tərəfindən çaydan çıxarılaraq Təcili Tibbi Yardım Xidmətinin həkimlərinə təhvil verilib. 

E. İsayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər