Ağdaşda avtomobil aşdı,sürücü öldü
Hadisə
410
20:36, Bu gün

Ağdaşda avtomobil aşdı,sürücü öldü

Bakı Qazax avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib. 

Moderator.az xəbər verir ki, hadisə bu gün saat 17 radələrində Bakı-Qazax magistral yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, “KIA” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində sürücü, 29 yaşlı Əhliman Mehdiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. 
 

(Apa)

Link kopyalandı!
Son xəbərlər