Şəmkirdə təcili yardımda xəsarət həkim və digər şəxslərin kimliyi bilinib - Yenilənib
Hadisə
635
07 Sep 2025 | 21:44

Şəmkirdə təcili yardımda xəsarət həkim və digər şəxslərin kimliyi bilinib - Yenilənib

Şəmkir rayonunda "Mersedes" markalı avtomobillə təcili yardım maşınının toqquşması nəticəsində xəsarət alan şəxslərin kimliyi bilinib.  Qəza nəticəsində tibb bacısı T.  Ağayeva, təcili yardım avtomobilinin sürücüsü B. Əliyev  və minik maşınının sürücüsü İ. Əliyev  müxtəlif xəsarətlərlə Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara ilkin yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb

***

Şəmkir rayonunda təcili tibbi yardım briqadasını daşıyan avtomobil ağır yol-nəqliyyat hadisəsinə uğrayıb. Hadisə rayon ərazisində qeydə alınıb.

Moderator.az xəbər verir ki, ilkin məlumata görə, təcili yardım maşını idarəetmədən çıxaraq körpüdən aşıb. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Onların vəziyyəti barədə dəqiq məlumat hələlik açıqlanmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər