Bizi sosial şəbəkələrdən izləyin:
Gəncədə söküntü işləri aparılan evdə baş verən uçqun zamanı xəsarət alanların adları məlum olub.
Moderator.az -ın məlumatına görə, 2002-ci il təvəllüdlü S.Məmmədov, 2003-cü il təvəllüdlü K.Məmmədov və 2004-cü il təvəllüdlü T.Kərimov xəsarət alıblar.
Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
***
Gəncədə bədbəxt hadisə baş verib.
Moderator.az xəbər verir ki, hadisə şəhərin Cavad xan qəsəbəsində qeydə alınıb.
Belə ki, sözügedən ərazidə ev söküntüsü zamanı uçqun olub. Nəticədə usta 40 yaşlı T.Kərimov dağıntılar altında qalaraq ölüb. Məlumata görə, 3 nəfər xilas olub. Dərhal əraziyə FHN Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri cəlb edilib. Ərazidə xilas etmə işləri gedir.