Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 xilasetmə əməliyyatı keçirilib.
Nazirlikdən Moderator.az-a verilən xəbərə görə, keçirilən xilasetmə tədbirləri nəticəsində 4-ü uşaq olmaqla 13 nəfərə müvafiq köməklik göstərilib.