Astarada ağac kəsiminə görə cinayət işi başlanılıb
Hadisə
216
05 Sep 2025 | 21:15

Astarada ağac kəsiminə görə cinayət işi başlanılıb

Astara rayonunun Ojakəran kəndində ağacların kəsilərək meşə təsərrüfatına ziyan vurulması faktı ilə bağlı araşdırma aparılır. 

Bu barədə Moderator.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib. 

Bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, əməli törədən şəxsin, yaxud şəxslərin müəyyən olunması üçün tədbirlər görülür. 

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər