22:55
24°C
Bakı
Astara rayonunun Ojakəran kəndində ağacların kəsilərək meşə təsərrüfatına ziyan vurulması faktı ilə bağlı araşdırma aparılır.
Bu barədə Moderator.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, əməli törədən şəxsin, yaxud şəxslərin müəyyən olunması üçün tədbirlər görülür.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.