20:13
25°C
Bakı
Daşkəsən rayonuna leysan yağıb.
Moderator.az xəbər verir ki, axşam saatlarından başlayaraq rayonun Alaxançalı kəndinə leysan və dolu yağıb.
Məlumata görə, yaşayış məntəqəsinə sel gəlib, bir sıra fəsadlar törədib. Yağıntılı hava şəraiti səbəbindən digər kəndlərdə də fəsadlar baş verib.
Qeyd edək ki, hazırda qərb bölgəsinin dağlıq rayonlarında da yağıntılı hava şəraiti müşahidə olunur.