Tovuzda yanğına səbəb olan şəxs saxlanılıb
Hadisə
141
12:50, Bu gün

Tovuzda yanğına səbəb olan şəxs saxlanılıb

Sentyabrın 4-də Tovuz rayon Qəribli kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
 
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Moderator.az-a bildirilib ki, yanğının 1982-ci il təvəllüdlü Mahir Əliyevin həmin ərazidə ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub. Nəticədə 30 sot ərazidə biçilmiş əkin sahəsi yanıb.
 
M. Əliyev saxlanılaraq barəsində inzibati qanunvericiliyə uyğun məsuliyyət tədbiri görülüb.
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər