Tovuzda gəlinini döyən qayınana cərimələndi
Hadisə
137
08:50, Bu gün

Tovuzda gəlinini döyən qayınana cərimələndi

Tovuz rayonunda gəlinini döyən qayınana cəzalandırılıb.
 
Moderator.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Abulbəyli kəndində baş verib.
 
Rayonun Dönük Qırıqlı kənd sakini, 1971-ci il təvəllüdlü Sona Ağayeva (adı və soyadı şərtidir) Abulbəyli kəndinə, oğlunun evinə gəlib. O, evdə gəlini Səkinə Mustafayeva ilə mübahisə edib. Mübahisə davaya çevrilib və qayınana gəlinin saçından tutaraq sürüyüb. Daha sonra o, gəlini sillə və təpik zərbələri ilə döyüb.
 
Hadisə yerinə polis əməkdaşları gəliblər. Faktla bağlı protokol tərtib edilərək məhkəməyə göndərilib.
 
Tovuz Rayon Məhkəməsində qayınana ilə gəlinə barışıq təklif olunsa da, Samirə Mustafayeva onunla barışmayıb.
 
Məhkəmənin qərarı ilə S.Ağayeva 300 manat cərimə olunub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər