Ağdərədə dağlıq ərazidə yanğın olub - VİDEO
Hadisə
192
18:50, Bu gün

Ağdərədə dağlıq ərazidə yanğın olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdərə rayonunun Ortatağ kəndində mürəkkəb reylefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Moderator.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Relyefin mürəkkəbliyinə baxmayaraq, yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində quru ot və kol-kosdan ibarət sahədə baş vermiş yanğın daha geniş əraziyə yayılmasına imkan verilmədən söndürülüb.

Yaxınlıqdakı yaşayış evləri və meşə zolağı yanğından mühafizə olunub.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər