Bakıda vətəndaşı şantaj edən 26 yaşlı qadın saxlanıldı
Hadisə
199
12:44, Bu gün

Bakıda vətəndaşı şantaj edən 26 yaşlı qadın saxlanıldı

Bakının Nəsimi rayonunda qadın həbs edilib.
 
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyindən bildirilib.
 
Nəsimi rayonunda polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı paytaxt sakininə hədə-qorxu gələrək pulunu ələ keçirməkdə şübhəli bilinən 26 yaşlı L.Qəhrəmanova tutulub.
 
Bundan başqa, Nərimanov və Binəqədi rayonlarında isə iki nəfərə məxsus ümumilikdə 3500 manat dəyərində moped və mobil telefon oğurlanması barədə polisə məlumat daxil olub.
 
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən B.Hənifəyev və N.Abdullayev saxlanılıblar.
 
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər