Bakıda marketlərdən oğurluq edənlər saxlanıldı
Hadisə
210
12:33, Bu gün

Bakıda marketlərdən oğurluq edənlər saxlanıldı

Paytaxtın Xəzər rayonunda talama cinayətləri qeydə alınıb.
 
Daxili İşlər Nazirliyindən Moderator.az-a verilən xəbərə görə, Türkan qəsəbəsində müxtəlif vaxtlarda iki marketdən 75 manat və ödəmə terminalı oğurlanıb.
 
Bu barədə zərərçəkən şəxslər polisə məlumat verib.
 
Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 29 yaşlı A.Əliyev saxlanılıb.
 
Bundan başqa, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə marketdən 1200 manat dəyərində lotereya biletləri oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı R.Piriyev də tutulub.
 
Faktlarla bağlı araşdırmalar aparılır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər