Müdafiə Nazirliyi: Hərbçinin ölümü xidmətdən kənarda baş verib - YENİLƏNİB
Hadisə
674
13:24, Bu gün

Müdafiə Nazirliyi: Hərbçinin ölümü xidmətdən kənarda baş verib - YENİLƏNİB

Azərbaycan Ordusunun hərbi qulluqçusu Mirzəyev Nurəddin Natiq oğlu sentyabrın 4-də VAZ-2106 markalı şəxsi avtomobildə hərəkət zamanı baş vermiş avtoqəzada vəfat edib.
 
Moderator.az bildirir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, xidmətdən kənarda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.
 
"Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
 
Allah rəhmət eləsin!", - məlumatda qeyd olunub.
 
12:29
 
Şəmkir rayonunun Dəllər qəsəbəsində yol qəzası baş verib.
 
Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, qəsəbə sakini, "N " saylı hərbi hissənin giziri, 1996-cı il təvəllüdlü Nurəddin Mirzəyev idarə etdiyi "VAZ-2106" markalı avtomobili körpüdən aşırıb.
 
Nəticədə sükan arxasında olan Nurəddin Mirzəyev ölüb.
 
Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub.
 
Faktla bağlı araşdırma başlanılıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər