Narkotikin təsiri altında maşın sürən şəxs saxlanıldı
Hadisə
118
09:05, Bu gün

Narkotikin təsiri altında maşın sürən şəxs saxlanıldı

Naxçıvanda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.
 
Daxili İşlər Nazirliyindən Moderator.az-a verilən məlumata görə, Naxçıvan MR Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücü saxlanılıb.
 
Naxçıvan şəhəri ərazisində hərəkətdə olan “Saipa Tiba” markalı avtomobilin sürücüsünə qayda pozuntusuna yol verdiyi üçün saxla işarəsi verilib. Həmin nəqliyyat vasitəsini idarə edən Arzu Səfərovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan tibbi müayinədən keçirilməsi təmin olunub. Müayinənin nəticəsinə əsasən A.Səfərovun narkotik vasitə istifadə etdiyi məlum olub.
 
Həmin şəxs barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər