01:00
24°C
Bakı
Avqustun 31-i Ukraynanın Kiyev vilayətinin Fastiv şəhərində azərbaycanlı ata və oğlu güllələnib.
Moderator.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, keçmiş hərbçi olduğu bildirilən şəxs İsmayıl Rəhimov və atası Fərmana yaxınlaşaraq onlara atəş açıb.
Nəticədə 28 yaşlı İsmayıl hadisə yerində ölüb, atası isə ağır xəsarətlər alıb.
Hadisə barədə mərhumun atası Fərman İsmayılov İTV-yə danışıb. O, açıqlamasında insidentin təfərrüatını bölüşüb.