Bakıda dələduzluq edən şəxslər saxlanıldı
Hadisə
200
14:40, Bu gün

Bakıda dələduzluq edən şəxslər saxlanıldı

Paytaxtın Nəsimi rayonunda iki nəfərə qarşı dələduzluq edilib.
 
Daxili İşlər Nazirliyindən Moderator.az-a verilən xəbərə görə, nəticədə zərərçəkənlərə ümumilikdə 26 min 330 manat maddi ziyan vurulub.
 
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən cinayətlərini törətməkdə şübhəli bilinən 38 yaşlı Ü.Abdullayeva, tanışı və həmyaşıdı E.Abbasova, 30 yaşlı İ.Qasımzadə saxlanılıblar.
 
Nəsimi rayonunda keçirilən digər tədbirlər zamanı isə iki zərərçəkənə məxsus 680 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən 50 yaşlı E.Qurbanov və əvvəllər məhkum olunmuş 41 yaşlı İ.Tahirov da tutulublar.
 
Faktlarla bağlı araşdırmalar aparılır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər