Binəqədidə üç otaqlı mənzildə yanğın oldu
Hadisə
1347
03 Sep 2025 | 11:00

Binəqədidə üç otaqlı mənzildə yanğın oldu

Bakının Binəqədi rayonunda yanğın olub.
 
Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
 
Məlumata görə, Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzilin bir otağında 1 ədəd divan, 1 ədəd masa və 1 ədəd stul yanıb.
 
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
 
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər