Tanınmış həkim komaya düşdü - arıqlamağın
Hadisə
307
02 Sep 2025 | 23:54

Tanınmış həkim komaya düşdü - arıqlamağın "bədəli"

Tanınmış oftalmoloq, “Universal” hospitalın rəhbəri və baş həkimi Aytən Sultanovanın səhhəti kəskin pisləşib.

Moderator.az Bakupost.az-a istinadən xəbər verir ki, həkim əvvəlcə rəhbərlik etdiyi “Universal” hospitalın reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu açıqlanmışdı. Sonradan isə A.Sultanova Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə köçürülüb.

Məlumatlara görə, Aytən Sultanova bir müddət əvvəl mədəkiçiltmə əməliyyatı etdirib. Əməliyyatdan sonra o, güclü ağrıkəsicilər qəbul edib, eyni zamanda arıqlama preparatlarından istifadə edib. Həkimin səhhətindəki kritik pisləşmənin də məhz bu amillərlə bağlı olduğu bildirilir.

Hazırda onun komada olduğu və vəziyyətinin kritik qiymətləndirildiyi vurğulanır.

Qeyd edək ki, Aytən Sultanova daha əvvəl “Caspian”, “Badam” və “Məlhəm” klinikalarında da rəhbər vəzifələrdə çalışıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər