Bank kartlarından oğurluq edən kiberdələduz saxlanıldı
Hadisə
344
15:35, Bu gün

Bank kartlarından oğurluq edən kiberdələduz saxlanıldı

Hacıqabulda polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkələrdə kiberdələduzluq edən əvvəllər məhkum olunmuş Aslan Qurbanov saxlanılıb.
 
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
 
O, müxtəlif xəstəliklərdən əziyyət çəkən şəxslərə yardım adı altında sosial şəbəkələrdə paylaşılan bank kartlarındakı maddi vəsaitləri talamaqda şübhəli bilinir. Araşdırma zamanı adıçəkilən şəxsin 20 nəfərin etibarından sui-istifadə edərək bank kartlarının məxfi məlumatlarını əldə etdiyi məlum olub. Bu üsulla A.Qurbanov 10.000 manatdan artıq pul ələ keçirib. Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
 
A.Qurbanovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə polisə məlumat verə bilərlər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər