Şirvanda avtoxuliqanlıq edən sürücü həbs olundu
Hadisə
578
02 Sep 2025 | 15:30

Şirvanda avtoxuliqanlıq edən sürücü həbs olundu

Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlərlə idarə etdiyi “VAZ-2106” markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və hərəkət iştirakçılarına təhlükə yaradan sürücü Xaləddin Əliyev saxlanılıb.
 
Moderator.az-ın məlumatına görə, onun barəsində toplanmış materiallar məhkəməyə göndərilib.
 
Məhkəmənin qərarı ilə X.Əliyev 17 sutka inzibati qaydada həbs edilib.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər