Polis moped və evlərdən təmir-tikinti alətləri oğurlayan şəxsləri saxladı
Hadisə
313
11:48, Bu gün

Polis moped və evlərdən təmir-tikinti alətləri oğurlayan şəxsləri saxladı

Paytaxtın Sabunçu rayonunda vətəndaşa məxsus 1100 manat dəyərində moped oğurlanıb.
 
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Sabunçu Rayon Polis İdarəsi 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 19 yaşlı M.Abışov saxlanılıb.
 
Abşeron rayonunda keçirilən tədbir zamanı isə iki vətəndaşın evindən elektrik naqili və tikinti alətləri oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı Y.Əliyev tutulub.
 
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
 
Link kopyalandı!
Son xəbərlər