Lənkəranda
Hadisə
262
11:24, Bu gün

Lənkəranda "Prius" qəza törətdi: Ölən var

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
 
2002-ci il təvəllüdlü Cavid Ceyhun oğlu Səfərli idarə etdiyi "Toyota Prius" avtomobili ilə hərəkətdə olarkən yolda velosiped sürən 1976-cı il təvəllüdlü Rasim Cəbrayıl oğlu Teymurovu vurub. Hadisə zamanı R.Teymurov aldığı xəsarətlərdən ölüb.
 
Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.
Link kopyalandı!
Son xəbərlər