22:17
22°C
Bakı
Xaçmaz şəhərində, Xaçmaz Olimpiya İdman Kompleksinin yaxınlığında yanğın baş verib.
Moderator.az APA-ya istinadən xəbər verir ki, yanğın İdman Kompleksinin yaxınlığında, "Şollar" su kəmərinin mühafizə zolağında başlayıb və 3 hektar ərazini əhatə edib.
Hadisə yerinə FHN-in canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın məhdudlaşdırılıb və fərdi yaşayış evlərinə keçməsinin qarşısı alınıb.
Yanğına səbəb kimi külək nəticəsində elektrik naqilin qırılaraq otluq sahəyə düşməsi göstərilir.