Ağcabədidə fermada güclü yanğın: Xəsarət alan var
Hadisə
1949
30 Aug 2025 | 20:34

Ağcabədidə fermada güclü yanğın: Xəsarət alan var

Ağcabədidə təsərrüfatda baş verən yanğın zamanı bir nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb, 8 baş iribuynuzlu heyvan tələf olub.

Moderator.az xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndi ərazisində baş verib.

Kənd sakini Həziyev Müzəffər Ənvər oğluna məxsus təsərrüfatda baş verən yanğın zamanı yanğınsöndürənlər hadisə yerinə gələnədək 1958-ci il təvəllüdlü Məmmədova Kifayət Əlif qızı yanğınla mübarizə apararkən xəsarət alıb və Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Tövlənin çardağında yığılı 16 ton ot kipinin 8 tonu və tövlədəki 8 baş iribuynuzlu heyvan yanaraq tələf olub. Fövqəladə Hallar Nazirliyinin Ağcabədi rayon yanğınsöndürən bölməsinin əməkdaşları yanğına vaxtında müdaxilə edərək digər heyvanların tələf olmasının və yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alıblar.

Faktla bağlı araşdırma aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər