Bakıda taksi şirkətindən pul oğurlandı
Hadisə
2084
30 Aug 2025 | 13:05

Bakıda taksi şirkətindən pul oğurlandı

Bakıda pul, qızıl və kompüter avadanlıqları oğurlayan şəxslər saxlanılıb.
 
DİN-dən Moderator.az-a verilən məlumata görə, paytaxt ərazisində talama cinayətləri qeydə alınıb.
 
Binəqədi rayonunda yerləşən taksi şirkətlərinin birinin xidməti otağından 1460 manat, Nərimanov və Sabunçu rayonlarında isə ayrı-ayrı vətəndaşlara məxsus 2702 manat dəyərində nağd pul, qızıl-zinət əşyaları və kompüter avadanlıqları oğurlanıb. Bu barədə zərərçəkənlər polisə müraciət ediblər.
 
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə cinayət əməllərini törətməkdə şübhəli bilinən 55 yaşlı N.Nəsirov, əvvəllər məhkum olunmuşlar - 40 yaşlı R.Abbasov və 35 yaşlı Ə.Məmmədov saxlanılıblar. 
 
Faktlarla bağlı araşdırmalar aparılır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər