Bakıda oğurluq edənlər saxlanıldı
Hadisə
2103
30 Aug 2025 | 13:00

Bakıda oğurluq edənlər saxlanıldı

Bakının Nəsimi rayonunda ayrı-ayrı vətəndaşlara məxsus iki ədəd velosiped oğurlanıb. Bu barədə zərərçəkən şəxslər polisə məlumat veriblər.
 
Daxili İşlər Nazirliyindən Moderator.az-a bildirilib ki, Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar – 27 yaşlı A.Abdullayev və 37 yaşlı R.Şirinov saxlanılıblar.
 
İdarənin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə paytaxt sakininin 2350 manat pulunu oğurlamaqda şübhəli bilinən 38 yaşlı S.Hüseynov da tutulub.
 
Faktlarla bağlı araşdırmalar aparılır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər