Sürücülük vəsiqəsi olmayan şəxs piyadanı vurubxa0öldürdü
1468
21 Jul 2025 | 09:59

Sürücülük vəsiqəsi olmayan şəxs piyadanı vurubxa0öldürdü

Qazaxda sürücülük hüququ olmayan şəxs avtomobillə piyadanı vuraraq öldürüb.
 
Moderator.az xəbər verir ki, 1982-ci il təvəllüdlü Nağıyev Nurlan Eldar oğlu sürücülük hüququ olmadan idarə etdiyi HM 777 ET Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobillə Qazax şəhəri istiqamətində hərəkətdə olarkən 1970-ci il təvəllüdlü piyada Eminov Müşfiq Əsgər oğlunu vurub.
 
Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
 
Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.
Link kopyalandı!
Son xəbərlər