Nəsimi rayonunda quldurluq edən şəxs saxlanıldı
1640
07 Jul 2025 | 14:21

Nəsimi rayonunda quldurluq edən şəxs saxlanıldı

Nəsimi rayonunda quldurluq hadisəsi baş verib.
 
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, iyulun 6-da gecə saatlarında naməlum şəxs 19 və 25 yaşlı paytaxt sakinlərini kəsici alətlə hədələyərək onların pulunu talayıb.
 
Hadisə ilə bağlı Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 46 yaşlı M.Əliyev saxlanılıb.
 
Araşdırma aparılır.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər