Cənub bölgəmizdə radiasiya ola bilər? - Mütəxəssislər Astaraya ezam olunub - FOTO
2009
13 Jun 2025 | 21:55

Cənub bölgəmizdə radiasiya ola bilər? - Mütəxəssislər Astaraya ezam olunub - FOTO

İranda baş verən hadisələrdən sonra Azərbaycan ərazisində radiasiyanın səviyyəsinin yoxlanılması üçün mütəxəssislər Astaraya ezam olunub.
 
APA-nın cənub bürosunun verdiyi məlumata görə, İranda nüvə obyektlərinə zərbə endirilməsindən sonra Azərbaycanın cənub ərazilərində radiasiya dərəcəsini müəyyən etmək üçün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nüvə tədqiqatları departamentinin mütəxəssisləri Astarada tədqiqatlara başlayıb.
 
Artıq Astara sərhəd zonasında tədqiqatlar yekunlaşıb.
 
Hazırda mütəxəssislər digər ərazilərdə tədqiqatı davam etdirirlər.
 
Link kopyalandı!
Son xəbərlər