Taxtakörpü su anbarında 23 yaşlı oğlanınxa0meyiti tapıldı
1671
11 Jun 2025 | 15:32

Taxtakörpü su anbarında 23 yaşlı oğlanınxa0meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinə (FHN) Taxtakörpü Su Anbarında suyun üzərində bir nəfərin meyitinin müşahidə edildiyi barədə məlumat daxil olub.
 
Moderator.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.
 
Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Şimal" dalğıc-axtarış qrupu cəlb edilib.
 
Həyata keçirilən tədbirlər nəticəsində Samur-Abşeron kanalında batması ehtimal olunan 2002-ci il təvəllüdlü Samir Çərkəz oğlu Rüstəmovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər