Bizi sosial şəbəkələrdən izləyin:
Bərdədə çaydan meyiti tapılan 15 yaşlı yeniyetmənin görüntüsü yayılıb.
Moderator.az "Qafqazinfo"ya istinadən həmin fotonu təqdim edir:
18:48
Bərdədə çayda boğulan 15 yaşlı yeniyetmənin meyiti tapılıb.
Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qeyd olunub ki, Nazirliyin "112" qaynar telefon xəttinə Tərtər çayının Bərdə şəhərindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar əraziyə cəlb olunan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çayda batmış 2010-cu il təvəllüdlü Əli Bəxtiyar oğlu Fərəcovun cəsədi suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
17:07
Bərdəyə toya gedən 15 yaşlı Ağdam sakini Tərtər çayında boğulub.
Moderator.az-ın xəbərinə görə, Ağdam rayon sakini 2010-cu il təvəllüdlü Əli Fərəcov Tərtər çayının Bərdə şəhəri ərazisindən keçən hissəsində boğulub.
Hələ ki, onun hansı şəraitdə çaya düşdüyü məlum deyil.
İlkin məlumata görə, Ə.Fərəcov Tərtər çayın sahilinə yaxın olan şadlıq saraylarından birində toyda iştirak edib.
Faktla bağlı araşdırma aparılır.