Şəmkirdə 4 otaqlı ev yandı
Hadisə
787
20 Mar 2025 | 16:16

Şəmkirdə 4 otaqlı ev yandı

Şəmkir rayonunda yanğın olub.
 
Fövqəladə Hallar Nazirliyindən Moderator.az-a verilən məlumata görə, Şəmkir rayonunun Qədimqala kəndində ümumi sahəsi 160 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin dam örtüyünün taxta atmaları 120 m² sahədə, bir otağın tavanı 6 m² sahədə, mətbəxin yanar konstruksiyaları və ev əşyaları 30 m² sahədə yanıb.
 
Evin qalan hissəsi yanğından mühafizə olunub.
 
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər