Ordubadda maşın aşdı, 4 nəfər yaralandı
Hadisə
862
20 Mar 2025 | 14:40

Ordubadda maşın aşdı, 4 nəfər yaralandı

Naxçıvan Muxtar Respublikasında yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az xəbər verir ki, qəza Ordubad rayonun Dəstə kəndi ərazisində qeydə alınıb.
 
Belə ki, 69-BF-289 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb.
 
Hadisədə zamanı Ordubad rayon Qoşadizə kənd sakinləri 1989-cu il təvəllüdlü Tağıyev Tural Bəşir oğlu, həyat yoldaşı Tağıyeva Əsmər Baxışəli qızı, övladları 2016-cı il təvəllüdlü Tağıyev Vüqar Tural oğlu və Tağıyeva Səma Tural qızı xəsarət alıblar.
 
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri ağırdır.

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər