Bank kartından pul oğurlayan şəxslər saxlanıldı
Hadisə
985
20 Mar 2025 | 13:38

Bank kartından pul oğurlayan şəxslər saxlanıldı

Paytaxtın Xəzər rayonu ərazisində bir nəfərin bank kartından 2310 manat oğurlanması barədə polisə məlumat daxil olub.
 
Daxili İşlər Nazirliyindən Moderator.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 22 yaşlı S.Hüseynov müəyyən olunaraq saxlanılıb.
 
Sumqayıt şəhərində də analoji hadisə baş verib. Qadına məxsus iki ədəd bank kartından ümumilikdə 791 manat talamaqda şübhəli bilinən 19 yaşlı S.Şıxıyev saxlanılıb.
 
Faktlarla bağlı araşdırma aparılır.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər