Bakıda dəhşətli yanğın: Biri uşaq olmaqla 3 nəfər evdə yanaraq öldü
Hadisə
1333
18 Mar 2025 | 17:59

Bakıda dəhşətli yanğın: Biri uşaq olmaqla 3 nəfər evdə yanaraq öldü

Bakının Sabunçu rayonunda yanğın olub, 3 nəfərin meyiti tapılıb.
 
Fövqəladə Hallar Nazirliyindən Moderator.az-a verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 80 m² olan, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
 
Yanğın yerinin kəşfiyyatı zamanı 1-i uşaq olmaqla 3 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
 
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
 
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 
Link kopyalandı!
Son xəbərlər