Bizi sosial şəbəkələrdən izləyin:
Ağdamın işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Qəza zamanı xəsarət alanlar 1998-ci il təvəllüdlü Fərid Əlibala oğlu Soltanov və 1992-ci il təvəllüdlü Elvin Murad oğlu Hacıyevdir.
Yaralılar Ağdamın işğaldan azad edilmiş ərazilərində tikinti işləri ilə məşğul olan şirkətlərdən birinin əməkdaşlarıdır.
Onlar Bərdə Rayon Diaqnostika Mərkəzinə göndəriliblər.
Faktla bağlı araşdırma davam edir.