Cəlilabadda avtomobil körpüdən aşıb, xəsarət alanlar var
Hadisə
588
17 Mar 2025 | 18:50

Cəlilabadda avtomobil körpüdən aşıb, xəsarət alanlar var

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az apa-ya istinadən xəbər verir ki, Uzuntəpə-Günəşli yolunda Lerik rayon sakininin idarə etdiyi "Mercedes-Benz" markalı minik avtomobili idarəetməni itirərək körpüdən aşıb və dərəyə yuvarlanıb.
 
Qəza zamanı nəqliyyat vasitəsində olan üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
 
Link kopyalandı!
Son xəbərlər