Bizi sosial şəbəkələrdən izləyin:
Bakıda vətəndaş iftar zamanı ölüb.
Moderator.az Teleqraf.az-a istinadən xəbər verir ki, hadisə martın 15-də paytaxtın Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən restoranda baş verib.
İftar süfrəsi arxasında olan Şəhriyar Əli oğlu Cəfərovun halı qəfildən pisləşib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb və ona tibbi yardım göstərilib. Lakin Ş.Cəfərovun həyatını xilas etmək mümkün olmayıb.
Restoranın nümayəndəsi ölüm faktını təsdiqləyib.
Hadisə ilə bağlı araşdırma aparılır.