ABŞ-da fəlakət qurbanlarının sayı 35-ə çatdı
1353
17 Mar 2025 | 08:26

ABŞ-da fəlakət qurbanlarının sayı 35-ə çatdı

ABŞ-ın mərkəzi və cənub ştatlarında hökm sürən güclü külək və tornado səbəbindən ölənlərin sayı 35-ə çatıb.
 
Ölüm halları Missuri, Kanzas, Arkanzas, Texas, Oklahoma ştatlarında qeydə alınıb. Fırtına nəticəsində yollar dağılıb, elektrik naqilləri sıradan çıxıb, ağaclar aşıb, evlərə güclü xəsarət dəyib. İki yüz minə yaxın insan elektrik enerjisiz qalıb.
 
Martın 14-dən başlayan kəskin hava şəraiti ölkənin şərqinə doğru irəliləyir və hazırda Floridadan Pensilvaniyaya qədər 50 milyondan çox insan şiddətli fırtına təhlükəsi altındadır.
 
Link kopyalandı!
Son xəbərlər