Müəllimin öldüyü qəzaya görə hökm oxundu - Sürücüyə bu cəza verildi
Hadisə
209
15:09, Bu gün

Müəllimin öldüyü qəzaya görə hökm oxundu - Sürücüyə bu cəza verildi

Nizami rayonunda piyadanın ölümü ilə nəticələnən qəzaya görə cinayət məsuliyyətinə cəlb edilən sürücü hakim qarşısına çıxarılıb. Qəzada dünyasını dəyişən şəxs müəllim imiş.
 
 Hadisə “Planet” şadlıq evinin qarşısında baş verib.
 
Pərviz Rzayev idarə etdiyi “Toyota Prius” markalı avtomobillə yolu keçən piyada İbrahimov Faiq Oruc oğlunu vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
 
Pərviz Rzayev hadisə baş verən vaxt anasına dərman almağa gedirmiş. O, anasını xəstəxanaya yerləşdirdikdən sonra dərman almaq üçün aptekə gedib. Aptekdən qayıdan zaman qəza baş verib.
 
Həyatını itirən Faiq İbrahimov Bakıxanov qəsəbəsində yerləşən 271 nömrəli orta məktəbdə biologiya müəllimi işləyirmiş.
 
Mərhumun ailəsi ilə Pərviz Rzayev arasında barışıq olub. P.Rzayev yas xərclərini qarşılayıb, Faiq İbrahimovun ailəsinə üzrxahlıq edib.
 
Məhkəmə qarşısına çıxarılan Pərviz Rzayevə 3 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Rzayev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər