Bizi sosial şəbəkələrdən izləyin:
Cəlilabadda meyitxanaya gətirilən 34 yaşlı kişinin ölmədiyi məlum olub.
"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Tahirli kənd sakini, 1991-ci il təvəllüdlü Xəyal Quliyevin meyiti evdə aşkarlanıb.
Sonra onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib. Lakin sonradan X.Quliyevin ölmədiyi, komatoz vəziyyətdə olması aşkar edilib. O dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda onun vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.