Bərdədə uçqun uşaq bağçasının inzibati binasında baş verib?
545
12:30, Bu gün

Bərdədə uçqun uşaq bağçasının inzibati binasında baş verib?

"Bərdə şəhər 4 nömrəli körpələr evi-uşaq bağçasının inzibati binasında heç bir uçqun və dağıntı halı qeydə alınmayıb".
 
Bu barədə Qarabağ Regional Təhsil İdarəsindən məlumat verilib.
 
Bildirilib ki, hadisə müəssisənin qarşısında yerləşən yaşayış binasının eyvan hissəsində baş verib. Bağçanın binasına hər hansı bir zərər dəyməyib.
 
12:15
 
Bərdədə yaşayış binasının eyvanın uçması nəticəsində bir nəfər dağıntı altında qalıb.
 
Bu barədə Moderator.az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
 
"Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bərdə şəhəri, Təbriz küçəsində yaşayış binasının eyvanının uçması barədə məlumat daxil olub.
 
Məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
 
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin eyvanının uçması nəticəsində bir nəfər qadının dağıntı altında qaldığı müəyyən olunub.
 
Nazirliyin qüvvələri tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri sayəsində dağıntı altında qalan - 1990-cı il təvəllüdlü Turanə Saleh qızı Əliyeva xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
 
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə ediliblər".

 

Link kopyalandı!
Son xəbərlər