Şəmkir sakini ehtiyatsızlıqdan güllə yarası alıb Şəmkirdə bədbəxt hadisə baş verib. Moderator.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Səməd Vurğun kəndində qeydə alınıb. Kənd sakini 55 yaşlı Elxan Mayılov ağacdan yıxılan zaman əlində olan silahdan açılan atəş nəticəsində xəsarət alıb. Elxan Mayılov xəstəxanaya yerləşdirililib. Faktla bağlı araşdırma aparılır.