Tərtərdə ata oğlunu öldürməkdə şübhəli bilinir
Hadisə
838
14 Mar 2025 | 14:10

Tərtərdə ata oğlunu öldürməkdə şübhəli bilinir

Tərtərdə qətl hadisəsi baş verib.
 
"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisə rayonun Kəngərli kəndində qeydə alınıb.
 
Kənd sakini, 1968-ci il təvəllüdlü Muğan Həsənov münaqişə zəminində oğlu, 1991-ci il təvəllüdlü Emin Həsənzadəni bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinir.
 
M.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb, faktla bağlı araşdırma aparılır.
Link kopyalandı!
Son xəbərlər