Tərtərdə ölümlə nəticələnən AĞIR QƏZA: Xəsarət alanların SON VƏZİYYƏTİ AÇIQLANDI
Hadisə
392
10:28, Bu gün

Tərtərdə ölümlə nəticələnən AĞIR QƏZA: Xəsarət alanların SON VƏZİYYƏTİ AÇIQLANDI

Tərtər rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların son durumu açıqlanıb.
 
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Moderator.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə nəticəsində bir nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
 
"Martın 11-i saat 21:20-də Tərtər rayonunda baş yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan üç nəfər (kişi cinsli) Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
 
Onlardan 1995-ci il təvəllüdlü şəxsə qamış sümüyü cisminin sınığı, döş qəfəsinin əzilməsi, yanaq və gicgah, çənə nahiyəsinin açıq yarası, ayaq daraq sümüklərinin sınığı, 2003-cü il təvəllüdlü şəxsə başın digər nahiyələrinin açıq yaraları, 2003-cü il təvəllüdlü şəxsə biləyin və əlin açıq yarası diaqnozları təyin edilib. Zəruri tibbi xidmət göstərildikdən sonra, 2003-cü il təvəllüdlü şəxs ambulator müalicə üçün evə buraxılıb.
 
Digər iki nəfər isə Mingəçevir şəhərində yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə ediliblər.
 
Qeyd edək ki, hadisə nəticəsində bir nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilib.
Link kopyalandı!
Son xəbərlər