Sabiq prezident HƏBS OLUNDU: İnsanlıq əleyhinə cinayətlərdə İTTİHAM OLUNUR
Hadisə
1572
11 Mar 2025 | 10:58

Sabiq prezident HƏBS OLUNDU: İnsanlıq əleyhinə cinayətlərdə İTTİHAM OLUNUR

Filippinin keçmiş prezidenti Rodriqo Duterte Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderi əsasında Manilada həbs edilib.
 
Bu barədə “NBC News” məlumat yayıb.
 
Məlumatda bildirilir ki, onun narkotiklərlə mübarizə kampaniyası çərçivəsində, hüquq müdafiəçilərinin iddialarına əsasən, on minlərlə filippinli edam edilib.
 
“Reuters” xəbər verir ki, 79 yaşlı Duterte dəfələrlə sərt repressiyalarını müdafiə edib.
 
Sabiq prezident narkotik ticarətində şübhəli bilinən şəxslərin qətlinə göstəriş verdiyini inkar edib və yalnız özünümüdafiə məqsədilə güc tətbiqinə icazə verdiyini bildirib.
 
Qeyd edək ki, 79 yaşlı Rodriqo Duterte 2016-cı ildən 2022-ci ilə qədər Filippin prezidenti olub. 
 
 
Link kopyalandı!
Son xəbərlər